Müğənni Kərim Abbasov “Azərbaycan kişiləri kobuddur” söylədiyinə görə tənqdi olunan aktrisa Pərvin Abıyevanın tərəfini saxlayıb.

Leqal.info-nun Axşam.az-a istinadən məlumatına görə, ifaçı Pərvinin sözlərinə görə təhqir olunmasına əsəbiləşib:
“Bir qadına bu qədər təhqir yazmaq olar? Axı o, xanımdır – Azərbaycan xanımı. Deyib ki, Azərbaycan kişisi kobuddur. Kiminsə anasını, bacısını, nəslini söyməyib ki… “Kobud” sözü nə vaxtdan təhqir sayılıb? Qadınların ona qarşı pis şərh yazmasını hardasa başa düşə bilərəm ki, qısqanclıqdandır. Amma kişilərin onu təhqir etməsini, söyməsini başa düşə bilmirəm Mən mənliyimə elə söyüşlər bilmirəm, bilmək də istəmirəm. Adınızı kişi qoymusunuz…Belə çıxır ki, xanım nə deyibsə düz söyləyib? Hər kəsin azad fikir söyləmək haqqı var… Bu artıq kobudluq deyil, vəhşilikdir. Mən haqqın tərəfindəyəm. Azərbaycan xalqına düşmən lazım deyil. Pərvinə Allah səbr versin”.