Şou-biznesin daha bir gizli dostluğunun üstü açılıb.

Leqal.info Axşam.az-a istinadən xəbər verir ki, prodüser Tolik (Tarix Əliyev)“Hər şey daxil” verilişində əməkdar artist Lalə Məmmədova ilə müğənni Fədayə Laçının möhkəm dost olduqlarını bildirib:

“Sizcə, Lalə Məmmədova ilə Fədayə Laçının dostluğu alınar? Lalə Məmmədova ilə Fədayə Laçın çox yaxın dost imişlər. Mən bilmirdim, şoka düşmşdüm. Əslində başqa-başqa insanlardır. Dünyabaxışları, geyim tərzləri, ifa etdikləri mahnıları fərqlidir. Amma dost imişlər”.

Xatırladaq ki, Fədayə Laçın oktyabrda “Qoca” ləqəbli məhbus Etibar Məmmədovun həbsdən qaçmasına yardım etdiyi üçün həbs olunub.