Müğənni Tacir Şahmalıoğlunun dayısı onu biabır edib.

Leqal.info Axşam.az-a istinadən xəbər verir ki, "5/5"-də tamaşaçılar arasında əyləşən yaşlı şəxs Mingəçevirdən gəldiyini və məşhur müğənni Tacir Şahmaloğlunun doğma dayısı olduğunu bildirib.

Ağsaqqal Taciri qohumlarına köməklik etməməyinə rəğmən efirlərdə bunun əksini söyləməkdə, yalan danışmaqda ittiham edib:

"Hər yerdə deyir filankəsə kömək etmişəm. Onun insanlığı yoxdur, yalan danışır".

Adının Nürəddin olduğunu deyən 78 yaşlı şəxs məşhur müğənninin dünyasın dəyişən övladlarının yas mərasiminə qatılmadığını da qeyd edib:

"46 yaşında qızımı və 24 yaşında oğlumu itirdim. Onların yasına gəlmədi".

VİDEO