1 may - Beynəlxalq Əmək Günü ilə bağlı türkiyəli məşhurlar İnstaqram səhifələrində paylaşım ediblər.

Axşam.az "Posta"ya istinadən xəbər verir ki, onlar arasında ən diqqət çəkəni müğənni İbrahim Tatlısesin paylaşımı olub.

O, illər əvvəl fəhlə işləyərkən çəkilmiş şəklini hesabında yerləşdirərək yazıb:

"Hekayəmin əvvəlində bir işçi idim, sonra iş adamı oldum. Amma işləməkdən heç vaxt yorulmadım. Əməyin və alın tərin yerini heç nə tuta bilməz. 1 may - Beynəlxalq Əmək Gününüz mübarək!"
"Əvvəl işçi idim, sonra iş adamı oldum"