Türkiyəli pop ulduz Hadisə və bacısı Hülya Açıkgöz məhkəməlik olub. “Qafqazinfo” xəbər verir ki, müğənni klip və bir çox layihələrini həyata keçirən H. Açıkgözlə münasibətlərini sonlandırıb.

Hadisə bacısının onun adından istifadə edərək haqsız qazanc əldə etdiyini iddia edib.

İfaçı bunun üçün məhkəməyə müraciət edib və maddi dəyərin geri qaytarılmasını istəyib.

İlk məhkəmə prosesi sentyabrın ikinci həftəsində baş tutacaq.
Hadisə bacısını məhkəməyə verdi

Hadisə bacısını məhkəməyə verdi