Aylardır hamiləliyini və ailə həyatı qurduğunu hamıdan gizlədən Oksana Rəsulova hamiləlik şəkillərini paylaşıb.

Leqal.info xəbər verir ki, son illərdə aktrisalıq fəaliyyəti ilə gündəmə gələn sənətçi instaqramda şəxsi həyatı haqqında geniş açıqlama verib:

“Bu gün sizlərlə bölüşmək istədiyim duyğularım var... İndiki zamana qədər, son bir ildə heç bir yerdə şəxsi həyatım haqqında ağzımdan bir kəlmə çıxmadı. Buna səbəblərim var idi, bəzi insanlar üzündən, hansıları ki, Allahın öhdəsinə buraxmışam, məni anlamadan qınağa çevirdilər, amma bir çoxları dəstək oldu (hər şeyi oxuyurdum). Mən onu anladım ki, insanlar necə də kobudlaşıb və acınacaqsız olub (bu hər kəsə aid deyil), bir qadının övlad həsrətində olduğunu anlamayıb, onun 15 ildən çox problemi olduğunu anlamayıb, öz çirkin fikirlərini ətrafa yayıb nədəsə günahlandırmaq nə qədər düzgündür? Özü də qadın hamilədirsə? Bəs Allah qorxusu? Bəs “mən bunları deyirəm, yazıram, birdən mənim də və ya ailəmin başına bu problem gəlsə” kimi fikirlər sizi narahat etmir? Bəyəm tanınmış sima insan deyil? Və ya onun həyatı hər zaman yağ kimi olmalıdır? Bəli, mənim şəxsi həyatım hər dəfə göz önündə olub, söz verdim özümə, ailəmə ki, artıq olmayacaq... Mən ümumiyyətlə heç vaxt öz problemlərimi tamaşaçılarımla bolüşməmişəm, amma nədənsə şəxsi həyatım hər zaman maraq mərkəzində olub... Əslində bu normaldır, amma düzünü yazıb düzünü desələr... Maləsəf, belə deyil...

Bəli, ailə həyatı qurmuşam...bəli, hamiləyəm...heç bir yerdə müsahibə verməmişəm... Mənə bu son aylar “bəzi” media işçiləri və aparıcılar böyük bir stress yaşatdılar... Onlar mənim daxili problemlərimi bilməyə-bilməyə yazıb şişirtdilər... Onlar düşünmədilər ki, axı bu problemi onlar da yaşaya bilər... Mən hirsləndim, ağladım, kövrəldim... Amma bir kəlmə cavab vermədim... Çünki söz vermişdim. İndi də cavab vermirəm, sadəcə sizlərlə bölüşürəm... Bəlkə də həyatımda birinci dəfə... Ana olmağı isə mən hər qadına arzulayıram, Allah köməyimiz olsun... Allah saf niyyətləri qəbul etsin. Allah körpələri saxlasın!

Sizdən xahişim olacaq, bundan sonra mənim ailə həyatımla bağlı suallar verməyin! Bir də ki, rəy yazanda və ya kiminsə haqqında danışanda diqqətli olun, çalışın heç kimin qəlbin qırmayın... Nə vaxtsa özünüz qırıla bilərsiniz..”

Oksana hamiləlik görüntülərini yayıb HƏR KƏSİ KÖVRƏLTDİ: bəzi insanlar üzündən...

Oksana hamiləlik görüntülərini yayıb HƏR KƏSİ KÖVRƏLTDİ: bəzi insanlar üzündən...