Müğənni Sevda Yəhyayeva "5/5"in yeni mövsümünüm açılışı üçün həmkarları Nadir və Səidə Sultanla paraşütlə telekanalın həyətinə tullanıb.

Leqal.info xəbər verir ki, lakin, Sevdanın istəyi ona baha başa gəlib. Belə ki, müğənninin halı pisləşib. Studiyada hazırlıqlar tamamlansa da, Sevda özünü çox pis hiss etdiyini və efirə çıxa bilməyəcəyini bildirib:

"İlk dəfə idi belə bir şey oldu. Ürəyim çox pis bulanır. Mən efirə çıxa bilməyəcəm".

Müğənninin özünü getdikcə daha da pis hiss etdiyini görən Zaur Kamal, təcili yardım çağırıb.

Tamaşaçılar bütün bu anların canlı yayımda şahidi olublar.
Canlı yayımda Sevdanın halı pisləşdi: Həmin anlar efirə getdi
Canlı yayımda Sevdanın halı pisləşdi: Həmin anlar efirə getdi
Canlı yayımda Sevdanın halı pisləşdi: Həmin anlar efirə getdi