Leqal.Info

SON DƏQİQƏ

Rəqsanə xəstəxanaya yerləşdirildi

Rəqsanə xəstəxanaya yerləşdirildi
27-09-2018, 11:45 28 855 dəfə baxılıb

Dünyaya əkiz uşaq gətirməyə hazırlaşan müğənni Rəqsanə İsmayılova Moskvada xətəxanaya yerləşdirilib.

Leqal.info Milli.Az -a istinadən xəbər verir ki, bu barədə müğənninin İnstaqram-da fəaliyyət göstərən fan səhifəsində məlumat paylaşılıb. Bildirilib ki, həkimlər ona erkən doğuş diaqnozu qoyublar.

Türkiyədə doğmağı planlaşdıran sənətçinin vəziyyəti o qədər təhlükəlidir ki, həkimlər hətta ona ayağa qalxmağı belə qadağan edib:

"Ana bətnində olan su qurtarıb. Bu səbəbdən həkimlər dedi ki, erkən doğuş olacaq. 7 gün ərzində uşaqlar ana bətnindən çıxarılmalıdır. Hazırda məni yataq rejimində xəstəxanada saxlayırlar. Ayağa durmağa icazə vermirlər. Əslində dekabr ayında doğuş olmalı idi. Uşaqlarımın Türkiyədə anadan olmasını istəyirdim. Bunun üçün bütün işləri də görmüşdük. Amma belə vəziyyətdə təyyarəyə minməyə icazə verilmir".

Qeyd edək ki, Rəqsanə hamiləliyinin 7-ci ayındadır.


www.leqal.info

Teqlər: Rəqsanə xəstəxanaya yerləşdirildi

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI