Meyxanaçı Vüqar Əbdülov “ATV şou” proqramında həmkarlarını tənqid atəşinə tutub.

Leqal.info xəbər verir ki, tanınmış meyxana ustası Pərviz Bülbülənin müğənni Türkan Vəlizadəyə duet oxumağa başladıqdan sonra meyxana sənətini unutduğunu iddia edib:

“Bütün meyxanaçılara səslənirəm... Namiq Məna, adını “Bədiyyə” qoyub ayrı partiya yaratma! Mehman Əhmədli “Əhmədli” məktəbi qurma. Ağa Mirzə böyüyəm deyib kənara çəkilmə. Ayıbdır, meyxana sənəti məhv olacaq. Necə olur ki, Vüqar müğənnilərlə, bəstəkarlarla, aktyorlarla həmfikir olub iş görə bilir.

Sizin hər biriniz ayrı-ayrı toya və ya çadıra çəkilmisiz. Ortaya çıxacaq bir meyxanamız yoxdur. Biri Türkana (müğənni Türkan Vəlizadə) qoluşub, digəri “banda” yaradıb. Bunun axırı yoxdur. Namiq Qaraçuxurlu, niyə meyxana demirsən? Kim səni təhqir edir?” (publika.az)