ATV-də yayımlanan "BizimləSən" verilişində əməkdar artist Tünzalə Əliyevanın mənzil kreditinin toplanması üçün başlanan yardım aksiyası bir çoxlarının qınaq obyektinə çevrilib.

Leqal.info Milli.Az -a istinadən xəbər verir ki, bu dəfə aparıcı Cavid Gülün "Instagram" hesabında yazdığı status müzakirələrə səbəb olub.

Belə ki, C. Gül bahalı avtomobil şəkli paylaşaraq, "İstəyirəm mən də son günlərin trendinə qoşulum. İmkan daxilində ilkin ödəniş edim, görəsən, qalanını da ağlayıb yığaram?" sözlərini yazıb.
Aparıcının izləyiciləri isə qeyd ediblər ki, onun bu sözləri əməkdar artist Tünzalə Əliyevaya və aparıcı Zaur Baxşəliyevə ünvanlanıb. Bəziləri isə C. Gülə bu sözləri yazmağı yaraşdırmayıblar.

"Toppuş bacı" qalmaqalı bitmir. Aparıcı Cavid: "Görəsən, qalanını da ağlayıb yığaram?"