6 dəfə verilişə dəvətdən imtina edən xalq artisti Sabir Əliyev, nəhayət, "5/5"ə gəlib.

Leqal.info xəbər verir ki, illərin sənətkarı sözügedən proqramda barəsində gəzən bəzi şayiələrə də aydınlıq gətirib.

Bakıdan Sumqayıta qədər mağazaların hamısı bu müğənninindir?
Xalq artisti "böyük biznesi var" kimi söz-söhbətlərin şayiədən başqa bir şey olmadığını bildirib:

"Deyirlər Bakıdan Sumqayıta kimi nə qədər mağaza var, mənimdir. Allah ağzınızdan eşitsin. Amma elə deyil". (Milli.az)