Əməkdar artist Röya Ayxan bir müddət bundan əvvəl yayılan arxiv fotosuna münasibət bildirib.

Leqal.info xəbər verir ki, müğənni instaqramda şəklə rəy yazaraq onu tənqid edənlərə cavab verib.

Röya qeyd edib ki, həmin foto 14 yaşında lentə alınıb: “Bu keçmiş deyil, keçmiş başqa söz və mənadır. Başqa mövzudur, o heç! Amma gələcəyini görməyən birinə vurğulamaq istəyirəm. Burada Röyanın 14 yaşı var, yeganə fotodur. Bunu da, Gəncədən tapdıq və özümüz paylaşdıq.

Çünki buradakı gözlərdə utanan və bir qız hekayəsi var. Hansı ki, siz onu yox, bax, mən Röyanı görmək istədiniz. Mən də qarşınızda böyüyüb siz istəyən kimi oldum. Övlad sən istədiyin kimi yox, sən yaşadığın kimi yaşayır. Çatdı? Yox, çətin çata”. (Qafqazinfo)