Aktyor Çağatay Ulusoy daha əvvəl iki dəfə küsüb-barışdığı aktrisa sevgilisi Duyğu Sarışından ayrılıb.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, “İçərdə” serialının çəkilişi zamanı tanış olan cütlük bundan sonra dost olaraq qalacaq.

Çağatayla Duyğunun ayrılmalarına isə Ulusoyun xarici dil biliyini təkmilləşdirmək üçün Amerikada daha çox vaxt keçirməsi və sevgilisi ilə görüşə bilməməsi səbəb olub.