Türkiyəli müğənni Tuba Ergüzel intihar edib.

Leqal.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə musiqiçi Onur Akay məlumat verib.

O, tvitterdə 33 yaşlı ifaçının özünü öldürdüyünü qeyd edib: “Hələ həyatının baharı idi. 33 yaşında intihar edərək həyatına son qoydu. Təəssüf ki, bizi çox kədərlərndirdi. Nur içində yatsın”.

Qeyd edək ki, Tuba “Sebep Sensin” mahnısı ilə populyarlaşmağa başlayıb.