Leqal.Info

SON DƏQİQƏ

Əli Əhmədov "uşaq pulu"nun bərpası məsələsinə münasibət bildirib

Əli Əhmədov
7-09-2019, 13:00 78 011 dəfə baxılıb

Baş Nazirin müavini Əli Əhmədov Azərbaycanda uşaqlara verilən müavinətlərin ("uşaq pulu") bərpası məsələsinə münasibət bildirib.

"Leqal.info" xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bu məsələyə ciddi şəkildə yanaşılmalı olduğuna diqqət çəkib: "Hökumət bu məsələyə ciddi şəkildə yanaşır. Dövlətin ən mühüm vəzifəsindən biri də aztəminatlı ailələrə sosial yardımların göstərilməsindən ibarətdir. Aztəminatlı ailələlərə yardım göstərilməsi müxtəlif formalarla həyata keçirilir və bura ünvanlı sosial yardımın, eləcə də müxtəlif müavinətlərin verilməsi aiddir. Uşaq pulları da bunlardan biri kimi tətbiq edilə bilər, amma mənim şəxsi fikrimdir ki, biz buna bir az daha ciddi çəkildə və eyni zamanda ailələrin yaşayış, həyat səviyyəsini nəzərə almaqla yanaşsaq, düzgün olar".

Baş Nazirin müavini bildirib ki, Azərbaycanda kifayət qədər yüksək həyat səviyyəsini təmin etmiş ailələr var: "Düşünmürəm ki, bu ailələrin "uşaq pulu"na ehtiyacı var. Hökumət aztəminatlı ailələrə istənilən formada yardımların göstərilməsini öz qarşısına qoyduğu məqsəd hesab edir. Amma hesab edirəm ki, ən düzgün yol hökumətin apardığı siyasət sayəsində hər bir ailənin öz ehtiyaclarını özünün əldə etdiyi imkanlar hesabına təmin edə bilməsidir".

"Çalışmaq lazımdır ki, ailələri ələbaxımlığa, ancaq dövlət tərəfindən verilən yardımlar hesabına dolanmaq vərdişinə alışdırmayaq. Bu, daha düzgün yol ola bilər. Hər bir vətəndaş, hər bir ailə özünü təmin etməklə yanaşı, eyni zamanda ölkənin iqtisadi potensialının yüksəldilməsinə xidmət göstərmiş olsun. Əks halda, biz bütün ailələrə yardım verməklə onları saxlamağa alışdırmış olsaydıq, onların iqtisadiyyatı inkişaf etdirməsi, istehsal, hər hansı bir yenilik üçün düşünmək səyləri yəqin çox olmayacaq. Bütün dünyada inkişaf etmiş ölkələr bu yolla gedib. İnsanları daha çox əməyə alışdırmaqla, işlə təmin etməklə daha səmərəli şəkildə onların işləməsi üçün əsaslar yaratmaqla bu yolla gediblər", - deyə Ə.Əhmədov qeyd edib.


www.leqal.info

Teqlər: Əli Əhmədov

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI