Leqal.Info

SON DƏQİQƏ

Prezident İlham Əliyev Gürcüstanın Baş Nazirini - təbrik edib

Prezident İlham Əliyev Gürcüstanın Baş Nazirini
10-09-2019, 00:25 94 085 dəfə baxılıb

Prezident İlham Əliyev Gürcüstanın Baş Naziri Giorgi Qaxariyaya təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Baş Nazir,

Gürcüstanın Baş Naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Gürcüstanı tarixən təşəkkül tapmış dostluq və mehriban qonşuluq əlaqələri birləşdirir. İnanıram ki, bu xoş ənənələrə əsaslanan dövlətlərarası münasibətlərimiz və strateji tərəfdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dost Gürcüstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".


www.leqal.info

Teqlər: İlham Əliyev, Azərbaycan, Gürcüstan

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI