Leqal.Info

SON DƏQİQƏ

Vilayət Eyvazov onları işdən azad etdi - Yeni təyinatlar

Vilayət Eyvazov onları işdən azad etdi
9-09-2019, 18:00 94 168 dəfə baxılıb

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Xaçmaz rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Amil Tahirli sərəncama göndərilib.

Leqal.info xəbər verir ki, bu barədə Unikal.org-a Xaçmaz Rayon Polis İdarəsindən məlumat verilib.

Nazirin digər əmri ilə həmçinin, Xaçmaz RPŞ-nin Cinayət Axtarışı Bölməsinin (CAB) rəisi Səxavət Abbasov və Dövlət Yol Polis Şöbəsinin rəisi Elşad Nəbiyev tutduğu vəzifələrindən kənarlaşdırılaraq sərəncama götürülüb.

***

Azərbaycan daxili işlər orqanlarında yeni təyinatlar olub.

Report-un məlumatına görə, Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatda Baş Polis İdarəsi Dəmir Yolu Nəqliyyatda Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili Muhamməd Xamedov vəzifəsindən azad edilib.

O, həmin idarənin Bakı Yük Stansiyasında Xətt Polis Məntəqəsinin rəisi təyin olunub.

Bakı Yük Stansiyasında Xətt Polis Məntəqəsinin rəisi Hatəm Abdullayev isə Xaçmaz Dəmir yolu Polis Şöbəsinin rəisi təyin edilib.


www.leqal.info

Teqlər: Vilayət Eyvazov, Daxili İşlər Nazirliyi

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI