Leqal.Info

SON DƏQİQƏ

Qazaxıstanın birinci prezidenti Polad Bülbüloğluna məktub ünvanlayıb

Qazaxıstanın birinci prezidenti Polad Bülbüloğluna məktub ünvanlayıb
10-09-2019, 22:37 86 790 dəfə baxılıb

Qazaxıstan Respublikasının Birinci Prezidenti-Elbası Nursultan Nazarbayev Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğluna məktub ünvanlayıb.

Bu barədə Trend Azərbaycanın Rusiyadakı səfirliyinə istinadən xəbər verir.

Məktubda deyilir:

"Hörmətli Polad Bülbüloğlu,

Ünvanıma göndərdiyiniz isti məktub və xoş arzulara görə Sizə təşəkkür edirəm.

Sizin yaradıcı əməyinizi, səmərəli ictimai və dövlət fəaliyyətinizi, Qazaxıstan ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinə verdiyiniz böyük şəxsi töhfənizi yüksək qiymətləndirirəm.

Əminəm ki, Sizin zəngin həyat və peşəkar təcrübəniz bundan sonra da bizim qardaş xalqlarımız arasında çoxtərəfli əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcəkdir.

Fürsətdən istifadə edərək, Sizə möhkəm can sağlığı, əmin-amanlıq və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram".


www.leqal.info

Teqlər: Nursultan Nazarbayev, Polad Bülbüloğlu

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI