Leqal.Info

SON DƏQİQƏ

17:00 - "Minimum pensiyanın artırılmasına dair işlər görüləcək" - Sahil Babayev

17:46 - Məişətdə maye qazdan istifadə edənlərin nəzərinə - Qiymət dəyişməyəcək

17:31 - Şəhid ailəsinin bank girovluğunda olan evi Birinci vitse-prezidentin - tapşırığı ilə geri qaytarıldı

17:22 - Rusiyada deputat erməni-faşist Qaregin Njdenin xatirə lövhəsinin üzərinə - boya töküb

17:09 - Zahid Oruc Əli Əsədova - çağırış edib

15:45 - "Azərbaycanın tolerantlığı bütün dünya üçün yaxşı nümunə ola bilər" - Allahşükür Paşazadə

21:50 - "Azərbaycan dünya miqyasında özünü çox məsuliyyətli ölkə kimi artıq təsdiqləyib" - Dövlət başçısı

21:39 - Prezident İlham Əliyev Şirvan, Zərdab, Suraxanı, Yasamal və Xətaiyə yeni təyin olunan icra başçılarını qəbul edib

17:51 - "Özünü müxalifət adlandıran antimilli və rəzil olmuş qorxaq dəstə bizim işimizə zərrə qədər ziyan vura bilməz" - Prezident İlham Əliyev

17:38 - "30-dan çox xarici vətəndaşın silahlı münaqişələrə qoşulmaq cəhdinin qarşısı alınıb" - DTX Rəisi

17:26 - Prezident İlham Əliyev Zərdab rayonuna yeni icra başçısı təyin etdi - SƏRƏNCAM

17:11 - Prezident İlham Əliyev Şirvan Şəhər İcra Hakimiyyətinə yeni başçı təyin etdi - SƏRƏNCAM

16:52 - Prezident İlham Əliyev Suraxanı rayonuna yeni icra başçısı təyin etdi - SƏRƏNCAM

15:07 - Prezident İlham Əliyev Xətai rayonuna icra başçısı təyin etdi - SƏRƏNCAM

14:35 - Prezident İlham Əliyev Yasamal rayonuna yeni icra başçısı təyin etdi - SƏRƏNCAM

"Qəsəbədaxili yollara asfalt vurulmalıdır" - Dövlət başçısı

17-10-2019, 17:55 50 885 dəfə baxılıb

"Yol tikintisi Azərbaycanda geniş vüsət alıb. Hər il bizdə min kilometr yeni yol çəkilir. Bu il də istisna deyil. Şadam ki, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında bu sahədə də irəliləyiş var. Keçən dəfə yolların keyfiyyətinə görə biz 34-cü yerdə olmuşuqsa, bu il 27-ci yerdəyik və MDB məkanında birinci yerdəyik. Bu, onu göstərir ki, yol infrastrukturuna qoyulan sərmayə öz səmərəsini verir. Yol tikintisi geniş vüsət alıb və yollar yüksək keyfiyyətlə tikilir. Belə də davam edin. Azərbaycanın bütün yolları bundan sonra da ən yüksək standartlara cavab verməlidir".

"Leqal.info"nun xəbərinə görə, bunu Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədovu qəbul edərkən deyib.

Dövlət başçısı vurğulayıb ki, bu ilin investisiya proqramında yolların tikintisi üçün kifayət qədər vəsait ayrılıb: "Həm magistral yolların, şəhərlərarası, kəndlərarası və kənd yollarının çəkilişi üçün. Magistral yollara gəldikdə, biz əsas qonşularımızla - üç qonşu ölkə ilə yollarımızın çəkilişini demək olar ki, başa çatdırmışıq. İndi Rusiya sərhədinə qədər yeni yol çəkilir. Bu barədə məlumat verərsiniz. Eyni zamanda, Gürcüstan istiqamətinə - Gəncədən sərhədə qədər ikizolaqlı yolu biz dördzolağa genişləndiririk. Bu layihə haqqında da məlumat verərsiniz. İran sərhədinə qədər yolun bir hissəsinin çəkilişi hələ qalıb, əsas yol çəkilib, məsafə də qısalıb. Bu da çox önəmli layihədir.

Bu il eyni zamanda şəhərlərarası yolların çəkilişinə və kənd yollarının tikintisinə vəsait nəzərdə tutulub. O cümlədən son dəfə mən sizə tapşırıq verdim ki, Bakı qəsəbələrinin yollarına da diqqət yetirilsin. Bakının həm qəsəbələrarası, həm də qəsəbədaxili yolları təmir olunmalıdır, yeni yollar çəkilməlidir. Bəzi yerlərdə hələ torpaq yollar mövcuddur. Torpaq yollar olmamalıdır. Qəsəbədaxili yollara asfalt vurulmalıdır".


www.leqal.info

Teqlər: Prezident İlham Əliyev, Qəsəbədaxili yollara asfalt vurulmalıdır, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Saleh Məmmədov, sədr

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

12-11-2019
BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI