Prezident İlham Əliyev Dilarə Seyidzadənin Prezidentin Katibliyinin rəisi - Prezidentin köməkçisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

"Leqal.info"nun xəbərinə görə, sərəncamla Dilarə Bağır qızı Seyidzadə Prezidentin Katibliyinin rəisi - Prezidentin köməkçisi vəzifəsindən azad olunub.

Dövlət başçısının digər sərəncamı ilə Prezidentin Katibliyinin rəisi - Prezidentin köməkçisi vəzifəsi ləğv edilib.