Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.

"Leqal.info"nun məlumatına görə, mətndə deyilir:

"Hörmətli Vladimir Vladimiroviç,

Zabaykalyedə yol-nəqliyyat hadisəsi nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm".