Leqal.Info

SON DƏQİQƏ

“Bəzi namizədlər əmlakları ilə bağlı gülünc fikirlər səsləndirirlər” - MSK Sədri

“Bəzi namizədlər əmlakları ilə bağlı gülünc fikirlər səsləndirirlər”
17-01-2020, 15:14 246 639 dəfə baxılıb

"Bəzi namizədlər əmlakları ilə bağlı gülünc fikirlər səsləndirirlər. Elə namizədlər var ki, “atamdan qalan əmlak yadımdan çıxıb" deyir. Buna nə cür inanmaq olar?"

“Leqal.info” xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, əmlakları haqqında düzgün məlumat göstərməyən namizədlər tutarlı səbəb gətirə bilmirlər:

“Adi bir səhvə görə onların namizədlikləri qeydə alınmır. Məntiqlə bu adamlar namizədliklərinin qeydə alınmaması üçün belə edirlər. Bunların qeydə alınmamaqda məqsədləri nədir bilmirəm”.

M.Pənahov bir daha namizədlərə əmlakları haqqında düzgün məlumat göstərmələri barədə tövsiyə edib.


www.leqal.info

Teqlər:

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI