125 Saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən Deputatlığa namizəd Elvin Filman oğlu Mahmudov Biləcəri qəsəbəsində Xəzri Mehmanxanasının binasında məskunlaşan Zəngilan rayon məcburi köçkünləri ilə görüşüb.

Leqal.info xəbər verir ki, görüşdə Deputatlığa namizəd Elvin Mahmudov seçicilərlə sosial problemlərdən, gələcək iş fəaliyyətindən, səmimi deputat-vətəndaş münasibətlərinin yüksək səviyyədə olmasından danışıb. Elvin Mahmudov qeyd edib ki, deputat olaramsa hər birinizin problemlərinizi evlərinizə gələrək dinləyib operativ qaydada həll etməyə böyük məmnuniyyətlə əlimdən gələni əsirgəməyəcəm.

Görüşdən fotonu təqdim edirik.
125 Saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən Deputatlığa namizəd Elvin Mahmudov Seçiciləri ilə görüş keçirib