Artur Rasi-zadə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

"Leqal.info"nun məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Artur Tahir oğlu Rasi-zadə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.