Türkiyənin Xarici İşlər (XİN) naziri Mövlud Çavuşoğlu rəsmi "Twitter" hesabında Azərbaycanla bağlı paylaşım edib.

"Leqal.info"nun Trend-ə istinadən məlumatına görə, Türkiyə XİN-in başçısı "Twitter"də Türkiyə və Azərbaycanın dövlət himnlərinin səsləndiyi video çarx paylaşıb.

"Can Azərbaycana canımız fəda" - deyə Mövlud Çavuşoğlu paylaşımda qeyd edib.