Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 28 633 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 20 443 nəfər müalicə olunaraq sağalıb, 385 nəfər vəfat edib, 7 805 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 221, ötən müddət ərzində isə ümumilikdə 649 953 test aparılıb.