Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Azərbaycana işgüzar səfərə gəlib.

Leqal.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən jurnalistlərə bildirilib.

Məlumata görə, S. Şoyqu səfər çərçivəsində “Ordu Oyunları-2020”nin Dəniz kuboku” müsabiqəsinin açılış mərasimində iştirak edəcək.

Eyni zamanda Müdafiə naziri Zakir Həsənovla görüşəcək və Prezident İlham Əliyev tərəfindən qəbul olunacaq.

Qeyd edək ki, bu günə qədər 6 dəfə keçirilən Beynəlxalq Dəniz Kuboku yarışlarına Azərbaycan dördüncü dəfədir ki, ev sahibliyi edir. Bu il Rusiya komandası Xəzər flotiliyasının “Mahaçqala” kiçik artilleriya gəmisi ilə çıxış edəcək. Yarışlar Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Puta hərbi-dəniz bazasında keçiriləcək.