Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Leqal.info xəbər verir ki, o, bu barədə şəxsi tvitter hesabında yazıb.

"Çox təşəkkürlər, cənab Prezident! Can Azərbaycanın dəstəyindən heç şübhə etmədik. Türkiyə də tərəddüdsüz hər zaman Azərbaycanın yanında olacaq. Tək millət, iki dövlət!", - deyə o, qeyd edib.

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən "Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik" deyib.