“Gəncədəki insanlarla danışdım. Gəncə sakinləri güclüdür. Ermənistan ərazisindən Gəncənin kasset tipli raket hücumuna məruz qalması gəncəliləri heç bir şəkildə qorxuda bilməz”.

“Leqal.info” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında bildirib.

O, Ermənistanın Gəncəyə raket atmasını məsuliyyətsiz addım adlandırıb.
"Ermənistanın hücumları gəncəliləri qorxuda bilməz"