Leqal.info TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Müdafiə naziri, ordu generalı Sergey Şoyqu Prezident Vladimir Putinin Dağlıq Qarabağda humanitar məsələlərlə bağlı keçirdiyi onlayn görüşündə deyib:
“Üç sutka ərzində 73 təyyarə reysi həyata keçirilib, 1 103 hərbçi, 168 texniki vasitə daşınıb. Rusiya Aerokosmik Qüvvələrinin hərbi nəqliyyat aviasiyası tərəfindən texnika və materialların daşınması “sutka ərzində 25 uçuş” göstəricisi ilə davam etdirilir”.