“Bu, ilk dəfə NATO üzvü olan ölkəmizə tətbiq olunur. Bu nə cür bir ittifaqdır?”

Leqal.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün tikintisi başa çatmış Ankara-Niğde avtomobil yolunun açılış mərasimindəki çıxışında deyib.

Ərdoğan ABŞ-ın sanksiya qərarı ilə Türkiyəni asılı vəziyyətə gətirməyə çalışdığını və bu qərarın müttəfiqlik prinsipinə zidd olduğunu qeyd edib.