Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin baş katibi Antonio Quterreşə ünvanlandığı, Ermənistanın beynəlxalq hüquqa və 10 noyabr tarixli üçtərəfli bəyanata zidd olaraq sabitliyin pozulmasına yönələn fəaliyyəti barədə məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Leqal.info-ya verilən məlumata görə, məktubda 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra Azərbaycanın münaqişənin təsirinə məruz qalan bütün ərazilərdə bərpa və reinteqrasiya üzrə geniş miqyaslı işlərə başladığı bir vaxtda Ermənistanın bölgədə sülh, əməkdaşlıq və inkişafın təmin edilməsinə təhdid təşkil edən fəaliyyəti barədə məlumat verilir.
Belə ki, Azərbaycanın işğaldan azad olunmuş Xocavənd rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin diversiya-təxribat fəaliyyəti qeyd olunaraq, Azərbaycanın müvafiq qurumları tərəfindən aparılan anti-terror əməliyyatı nəticəsində Ermənistan vətəndaşları olan 62 nəfərdən ibarət diversiya qrupunun üzvlərinin saxlanıldığı bildirilir.
Birgə bəyanatın imzalanmasından bir ay keçdikdən sonra Ermənistan silahlı qüvvələrinin Azərbaycanın beynəlxalq tanınmış ərazilərində bu kimi diversiya-təxribat fəaliyyətinin Ermənistanın beynəlxalq hüququn prinsiplərini, eləcə də bəyanatla üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozmasının sübutu olduğu BMT baş katibinin diqqətinə çatdırılır.
Məktubda Ermənistanın Azərbaycan ərazilərində bu kimi sabitliyin pozulmasına yönələn fəaliyyətdən çəkindirilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsi müraciəti əks olunur. Həmçinin bölgədə mehriban qonşuluq münasibətlərinin bərpa olunmasını vəd edən birgə bəyanatın icrasının dəstəkləməsində BMT başda olmaqla, beynəlxalq ictimaiyyətin mühüm rolu vurğulanır.
BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi ilə aşağıdakı keçiddən tanış olmaq olar: https://undocs.org/a/75/689.
”Xocavənddə diversiya qrupunun üzvü olan 62 erməni saxlanılıb”
08
yanvar
21:27

Qarabağ
KOMMENTLƏR
Ceyhun Bayramov italyan həmkarı ilə telefonla danışdı
Rəsmi Bakıdan Putinin açıqlamalarına münasibət
Ermənistan silahlı qüvvələri diversiya-kəşfiyyat qrupunun komandiri əsir götürülüb
Ermənistan xarici işlər nazirinin son bəyanatı Azərbaycana qarşı təcavüz siyasətinin güclənməsini nümayiş etdirir
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi baş katib Antonio Quterreşə etiraz məktubu ünvanlayıb
- “Rusiya Qarabağı öz tərkibinə qatmaq niyyətində deyil”
- Əli Həsənov həbs olunması barədə yayılan xəbərə münasibət bildirdi
- Yanvarın 22-də Emin Əmrullayev brifinq keçirəcək
- Son sutkada yoluxanların sayı açıqlandı
- Erməni rəsmilərin Qarabağa səfərlərinə Rusiyadan
- Ötən il Azərbaycanda 254 kriminal qrup zərərsizləşdirilib
- Ceyhun Bayramov TÜRKSOY-un baş katibi ilə görüşüb
- Dənizdə dalğanın hündürlüyü 2,8 metrə çatıb
- Türkiyədə koronavirusla bağlı son vəziyyət
- Əhali pandemiyada dərmanlara 748,9 milyon xərcləyib
- “Ermənilərin dəstəklənməsi Fransa-Türkiyə münasibətlərinə zərər vurdu”
- Dövlət Yol Polisi sürücülərə müraciət etdi
- Bu ölkədə də səfirliyimiz təsis ediləcək
- Azərbaycan, Pakistan və Türkiyə XİN başçıları bəyannamə imzaladı
- “Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb”
- Türkiyədə koronavirusla bağlı son vəziyyət
- Nazirlikdən pensiya və təqaüdlərə edilən artımla bağlı açıqlama
- Zəfər günü qeyri-iş, Anım günü isə iş günü olacaq
- Rusiyada əhalinin kütləvi peyvəndlənməsinə başlanılır
- Yoluxanların sayı azaldı
- Rəsmi Bakıdan Ermənistan XİN-ə cavabRəsmi Bakıdan Ermənistan XİN-ə cavab
- Qarabağda erməni minaya düşüb öldü
- Sabah rayonlara qar yağacaq
- Əli Həsənovun ailəsinə aid 6 şirkət ləğv olunur
- Bu ölkədə də səfirliyimiz təsis ediləcək
- Azərbaycan, Pakistan və Türkiyə XİN başçıları bəyannamə imzaladı
- “Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb”
- Türkiyədə koronavirusla bağlı son vəziyyət
- Nazirlikdən pensiya və təqaüdlərə edilən artımla bağlı açıqlama
- Zəfər günü qeyri-iş, Anım günü isə iş günü olacaq
- Rusiyada əhalinin kütləvi peyvəndlənməsinə başlanılır
- Yoluxanların sayı azaldı
- Rəsmi Bakıdan Ermənistan XİN-ə cavabRəsmi Bakıdan Ermənistan XİN-ə cavab
- Qarabağda erməni minaya düşüb öldü