AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) baş direktoru vəzifəsinə təyinat olub.

Leqal.info xəbər verir ki, AMEA-nın prezidenti Ramiz Mehdiyevin müvafiq sərəncamı ilə YT Parkın baş direktoru vəzifəsinə texnika elmləri doktoru, professor Əbülfəz Babayev təyin edilib.

AMEA-nın birinci vitse-prezidenti Dilqəm Tağıyev baş direktoru kollektivə təqdim edib.