Prezident İlham Əliyev Qırğız Respublikasının prezidenti Almazbek Atambayevə təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir: "Hörmətli Almazbek Şarşenoviç!

Sizi və bütün Qırğız Respublikasının xalqını milli bayramınız – Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Əminəm ki, xalqlarımızı bir-birinə bağlayan xeyirxah dostluq və qarşılıqlı dəstək ənənələri Azərbaycan ilə Qırğız Respublikası arasında qarşılıqlı faydalı münasibətlərin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün bundan sonra da etibarlı təməl olacaq.

Hörmətli Almazbek Şarşenoviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və uğurlar, Qırğız Respublikasının qardaş xalqına isə sülh və firavanlıq arzu edirəm".

Leqal.info