Ermənistan prezidenti Serj Sarkisyan və Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyan Vardenis (Ermənistan) – Ağdərə (Dağlıq Qarabağ) avtomobil yolunun açılışında iştirak ediblər.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, yol “Hayastan” erməni fondu tərəfindən 2013-2014-cü illərdə keçirilən telemarafonlar vasitəsilə toplanan vəsait hesabına inşa olunub. S. Sarkisyan və B. Saakyan daha sonra Dadivank kilsəsində olublar və şam yandırıblar. Onlar Əsgəranda açılmış şərab zavoduna da baş çəkiblər.

S. Sarkisyan sentyabrın 2-də Xankəndində separatçı rejimin 26 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak edəcək.
Serj Sarkisyan işğal olunmuş Azərbaycan ərazisində yol açılışına qatılıb
Serj Sarkisyan işğal olunmuş Azərbaycan ərazisində yol açılışına qatılıb
Leqal.info