“Azərbaycan və Türkiyə Silahlı Qüvvələri hər zaman bir-birinə dəstək olmalıdır”.

Leqal.info-nun APA-ya istinadən məlumatına görə, bunu Türkiyənin milli müdafiə nazirim Nurəddin Canikli deyib.

Nazir bildirib ki, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimləri gələcəkdə davam etdiriləcək: “Bundan sonrakı birgə təlimlər daha çox hərbi birləşmə və texnikanın iştirakı ilə keçiriləcək. Biz Azərbaycana bütün sahələrdə dəstək verməyə hazırıq. Azərbaycan və Türkiyə Silahlı Qüvvələri vahiddir, birdir, bunu hər kəs bilməlidir. Silahlı Qüvvələrimiz lazım gələn anda bir-birinə hər cür dəstək verməyə hazırdır".

Nazirin sözlərinə görə, iki ölkə arasında bütün sahələr üzrə qarşılıqlı anlaşma var: “Əlaqələrin daha da inkişaf etdirilməsi üçün möhkəm siyasi iradə mövcuddur”.