“Böyük alim Lütfi Zadə elmin inkişafına böyük töhfələr verib”.

Leqal.info-nun APA-ya istinadən xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Rebert Sekuta deyib. O bildirib ki, bəzən riyaziyyat elmi və riyaziyyat elmindəki dəyişikliklər bir qədər mücərrəd görünür: “Amma həmin irəliləyişlər bu gün bizim müasir həyatımızdakı çox nailiyyətin əldə edilməsinə səbəb olub. Azərbaycanlılar haqlı olaraq, bu görkəmli şəxslə fəxr edirlər. O, Bakıda doğulub, sonra Tehrana gedib, oradan isə ABŞ-a köçüb. ABŞ-da elmin inkişafına çox böyük töhfələr verib”.