Leqal TV / Video

  


Gündəm


«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 


Faydalı saytlar







XƏBƏR LENTİ

Digər Xəbərlər

06 oktyabr 2017 - 14:05

“Ərdoğan yaxın vaxtlarda Azərbaycana gələcək” - Səfir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin vaxtı hələlik məlum deyil.

Leqal.info-nun APA-ya istinadən xəbərinə görə, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib ki, prezidentin yaxın zamanda səfər etməsi gözlənilir: “Bu yaxınlarda prezident Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər edəcək. Azərbaycana səfərin tarixi tam müəyyənləşməsə də, səfərin yaxın zamanlarda olacağı bəllidir”.

Səfir əlavə edib ki, artıq Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bitib və çox yaxında açılışı olacaq. Prezidentin səfərinin dəmir yolunun açılışı ilə bağlı olub-olmamasına da münasibət bildirən E. Özoral vurğulayıb ki, onlar ayrı proqramdır: “Prezident dəmir yolunun açılışına kimi də gələ bilər. Ümumiyyətlə, bu ilin sonuna kimi bir çox nazirin Azərbaycana səfəri gözlənilir. Türkiyənin ətraf mühit və şəhərsalma naziri, ailə və sosial siyasət nazirinin Azərbaycana gəlməsi nəzərdə tutulur”.
Oxunma sayı:48

PAYLAŞ:


Açar sözlər:Səfir: “Ərdoğan yaxın vaxtlarda Azərbaycana gələcək”

Bağla X