Leqal TV / Video

  


Gündəm


«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031


Faydalı saytlar







XƏBƏR LENTİ

Digər Xəbərlər

07 oktyabr 2017 - 12:24

Prezident İlham Əliyev həmsədrləri qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskontini, İqor Popovu, Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.

Leqal.info-nun APA-ya istinadən xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib, gələcək yüksək səviyyəli görüş haqqında söhbət aparılıb.

Sonra Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun ABŞ-dan olan yeni həmsədri Endrü Şoferi qəbul edib. Endrü Şoferə fəaliyyətində uğurlar arzulayan dövləti başçısı ABŞ-dan olan əvvəlki həmsədrlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində digər həmsədrlərlə birgə səylərini əsirgəmədiklərini bildirərək münaqişənin həllinə indiyədək nail olunmadığını təəssüflə qeyd edib və deyib ki, buna səbəb Ermənistanın status-kvonu dəyişməz olaraq saxlamağa çalışması, işğal olunmuş torpaqlarımızdan çıxmaması və Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə məhəl qoymamasıdır. Hazırda danışıqlar prosesinin bərpa olunduğunu deyən prezident İlham Əliyev beynəlxalq hüququn normalarına əsaslanan ədalətli həll yolunun tapılması istiqamətində konstruktiv işlər görüldüyünü qeyd etdi, Azərbaycanın bu münaqişənin tezliklə həllində maraqlı olduğunu bildirib.

Endrü Şofer vurğulayıb ki, prezident İlham Əliyevin də qeyd etdiyi kimi, status-kvo qəbuledilməzdir və buna görə də münaqişənin beynəlxalq hüququn normaları əsasında sülh yolu ilə həlli istiqamətində aparılan prosesdə səylərini əsirgəməyəcəklər.
Prezident İlham Əliyev həmsədrləri qəbul edib
Prezident İlham Əliyev həmsədrləri qəbul edib

VİDEO


Oxunma sayı:67

PAYLAŞ:


Açar sözlər:Prezident İlham Əliyev həmsədrləri qəbul edib - YENİLƏNİB

Bağla X