Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti məlum olub.

APA-nın Avropa müxbiri xəbər verir ki, AŞPA-nın bu gün başlayan payız sessiyasında yeni prezidenti üçüncü turdan sonra seçmək mümkün olub.

Səsvermədə 216 deputat iştirak edib.

Avropa Xalq Partiyası qrupundan (EPP) xanım Stella Kyriakides (Kipr) 132 səslə qurumun yeni prezidenti seçilib. Digər namizəd Emanuelis Zingeris (Litva) 84 səs ala bilib.

Dünən keçirilmiş birinci və ikinci turda səsvermədə lazım olan sayda deputat iştirak etmədiyindən AŞPA prezidenti seçilməmişdi. Prezidenti bu gün keçirilən üçüncü sadə səsvermədə seçmək mümkün olub.

Yeni prezident 2018-ci ilin yanvar ayına qədər bu vəzifəni icra edəcək. AŞPA-nın yanvarda keçiriləcək qış sessiyasında qurumun yeni prezidenti seçiləcək.

AŞPA prezidenti Pedro Aqramunt oktyabrın 6-da istefa verib. Onun səlahiyyət müddəti 2018-ci ilin yanvarında başa çatırdı.

Leqal.info