Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 30-31 oktyabr tarixlərində Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı və Türkyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısında iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Leqal.info-nun APA-ya istinadən xəbərinə görə, bu barədə Türkiyə prezidentinin rəsmi saytında məlumat yerləşdirilib.

R. T. Ərdoğan Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan prezidenti Giorgi Kvirikaşvili ilə birliklə oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə keçiriləcək tədbirə qatılacaq.

Oktyabrın 31-də R. T. Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə birgə Türkyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısında iştirak edəcək. Nazirlərin də iştirakı ilə keçiriləcək toplantıda iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq.

Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi başla olmaqla, regional və qlobal proseslər diqqət mərkəzində olacaq. İki ölkə arasında bir sıra sənədlərin imzalanması nəzərdə tutulub.

Məlumatda o da vurğulanır ki, R. T. Ərdoğanın səfəri iki ölkə arasında diplomatik münasibətlərinin 25-ci ildönümünə təsadüf etdiyindən xüsusi diqqət çəkir.