Azərbaycan prezidenti İlham Əliyev yanvarın 22-də Davosda “CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer ilə görüşüb.

APA-nın məlumatına görə, görüşdə Azərbaycanın bir çox dövlət qurumları ilə “CISCO” şirkəti arasında səmərəli əməkdaşlığın olduğu qeyd edilib.

Bu şirkətin ölkəmizdə həyata keçirilən infrastruktur layihələrinin icrasında iştirak etməsinin əhəmiyyəti vurğulanıb. “CISCO” şirkəti tərəfindən Azərbaycana ən müasir texnologiyaların gətirilməsində ölkəmizin maraqlı olduğu bildirilib.
Leqal.info
Prezident İlham Əliyevin “CISCO” şirkətinin icraçı vitse-prezidenti ilə görüşü olub
Prezident İlham Əliyevin “CISCO” şirkətinin icraçı vitse-prezidenti ilə görüşü olub
Prezident İlham Əliyevin “CISCO” şirkətinin icraçı vitse-prezidenti ilə görüşü olub