Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili Ukraynanı tərk edib.

Leqal.info AzNews.az-a istinadən xəbər verir ki, M.Saakaşvili deportasiya yox, readmissiya edildiyi bildirilir.

Qeyd edək ki, readmissiya hər hansı bir dövlətin ərazisində qanunsuz olan əcnəbinin öz mənşə ölkəsinə və ya tranzit ölkə kimi istifadə etdiyi ölkəyə qaytarılmasıdır.

Xatırladaq ki, sentyabrın 10-da Mixeil Saakaşvili Polşa-Ukrayna sərhədini keçib. Bundan əvvəl M. Saakaşvili ABŞ-da olarkən Ukrayna prezidenti Petro Poroşenko M. Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib.