Leqal.Info

SON DƏQİQƏ

16:35 - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Caspian Ecology” IX Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi çərçivəsində konfransda iştirak edib

16:04 - Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin yenidən qurulması artıq başa çatmaq üzrədir

15:15 - Prezident İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib - FOTO

13:52 - Gənclər siyasəti sosial siyasət kursumuzun və insan kapitalının inkişafı prosesinin əsas istiqamətlərindən biridir - Prezident İlham Əliyev

07:11 - Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır - Senator

20:58 - Prezident Əli Həsənova yeni vəzifə tapşırdı

20:43 - Nazirdən şəhid vərəsələri ilə bağlı daha bir - Açıqlama

19:00 - İmmuniteti gücləndirən, iltihabı azaldan, orqanizmi təmizləyən faydalı içki - Qədim resept

18:43 - Satıcıları döydüyü deyilən müğənni danışdı

18:32 - FIFA Türkiyə klubuna transfer qadağası qoydu

18:16 - Prezident avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsi təltif edib - SİYAHI

17:32 - Bakı Şəhər İcra Hakimiyyətinə yeni sözçü təyin olunub

17:19 - Səudiyyə vəliəhdinin müşaviri Camal Qaşıqçının cinayəti ilə bağlı istintaqa cəlb edilib

16:55 - Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM

16:00 - Bakıda direktor müavini barəsində ikinci dəfə cinayət işi başlanılıb

Azərbaycanda yeni publik hüquqi şəxs yaradılıb

Azərbaycanda yeni publik hüquqi şəxs yaradılıb
7-03-2018, 22:10 27 752 dəfə baxılıb

Martın 7-də prezident İlham Əliyev Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb.

APA-nın məlumatına görə, Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əsasında “Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxs yaradılıb və bu qurumun Nizamnaməsi təsdiq edilib. Təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidentinə, Nazirlər Kabinetinə və Fondun özünə həvalə olunub.

Sənədə əsasən, qurumun dövlət büdcəsi vəsaiti hesabına formalaşdırılan nizamnamə fondunun məbləği 115 min manat təşkil edir.

Fondda 9 nəfər üzvdən ibarət Müşahidə Şurası yaradılır. Müşahidə Şurasının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. Fondun fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İcraçı direktor rəhbərlik edir.

Fərmanda qeyd olunub ki, Fond “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındıqdan sonra Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun balansındakı dövlət əmlakı yeni qurumun balansına verilsin.

Fondun Nizamnaməsində qurumun fəaliyyətinin məqsədi və istiqamətləri, vəzifələri və hüquqları, idarə olunması, nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları və digər məsələlər əksini tapıb.


www.leqal.info

Teqlər: Azərbaycanda yeni publik hüquqi şəxs yaradılıb

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI