Radikal müxalifətə xalqın inamının olmaması, üzqaraldan siyasi keşmişləri və bugünkü antimilli fəaliyyətləri onların ugursuz mitinqlərini şərtləndirir. Leksikonu söyüş, təhqirlərdən ibarət olan radikal müxalifətin qohum-əqrabalarından ibarət mitinqi isə yalnız istehza dogurur.
Mitinq zamanı yaşananlar da diqqətdən yayınmadı. Belə ki, azsaylı trollar dəstəsi və yaxın qohumların iştirakı ilə keçirilən aksiyada maraqlı nüanslar oldu. Əli Kərimli tribunada sözünü qurtarmamış plakatları bir-birinə ötürən və sonra da yerə atan dəstə yavaş-yavaş aradan çıxdı. Hətta A.Hacılının İsa Qəmbərin adından səsləndirdiyi müraciətə belə qulaq asan olmadı. Müsavat başqanı höccələyə-höccələyə oxudugu müraciəti yaranan səs-küydən deyəsən heç özü də başa düşməmişdi?!
Bugünkü mitinqi boykot edənlərə qarşı radikalların sosial şəbəkələr vasitəsilə ağır ittihamlar, eləcə də küçə söyüşləri ilə münasibət sərgiləmələri ümumən düşərgədə baş verənləri analiz etməyə imkan yaradır. "Real"ın icraçı katibi Natiq Cəfərlinin Əli Kərimlinin trolları haqqında "bu gün bizi söyənlər, sabah da bir-birini söyəcəklər" fikrini söyləməsi baş verənlərə tam aydınlıq gətirir. Söhbət ondan gedir ki, mitinqə qatılmayan müxalifət partiyalarının da ümumi fikri belə olub ki, hazırda boykot takikası çox ugursuz siyasi mübarizə yoludur. Mitinqlərin keçirilməsi üçün heç bir sosial sifarişin olmadıgı qənaətini bölüşən müxaliflər ciddi tənqid və təhqir olunmalarını tərbiyəsizlik kimi qiymətləndirdilər. Bəs bu tərbiyəsizliyə rəvac verən kimdir? Bu sualın cavabı isə aydındır: ciddi sosial bazaya malik olmayan Ə.Kərimli və onun trollar dəstəsi!
Son mitinq bir daha göstərdi ki, deqradasiya prosesinin sürətləndiyi, leksikonlarını küçə söyüşləri, fəaliyyət prinsiplərini isə əxlaqsızlıq üzərində quran radikal düşərgənin siyasi səhnədən getmə vaxtıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
VİDEO