Azərbaycan Gürcütana ən çox sərmayə qoyan ölkədir. Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə görüşən prezident İlham Əliyev belə deyib. Dövlət başçısı bildirib ki, Cənub Qaz Dəhlizi kəmərinin, TANAP layihəsinin istifadəyə verilməsi ilə əməkdaşlıq daha yüksək pilləyə qalxacaq.

Prezidenti İlham Əliyev Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilini qarşılayıb. Təkbətək görüşdə prezident İlham Əliyev iki ölkə arasındakı əlaqələrin səviyyəsini yüksək qiymətləndirib. Dövlət başçısı iqtisadi əlaqələrin səviyyəsini xüsusi ilə qeyd edib.

Prezident hər iki ölkənin iştirakı ilə həyata keçirilən beynəlxalq layihələrin də əhəmiyyətini xüsusi vurğulayıb. Dövlət başçısı bildirib ki, bu layihələr qlobal mahiyyət kəsb edir. Hər iki xalqın maraqlarına xidmət edən bu əməkdaşlığın əsasında dostluq münasibətləri dayanır.

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili isə bildirib ki, Azərbaycan və Gürcüstan strateji tərəfdaşıdır. İqtisadi əlaqələrin yüksələn xətt üzrə inkişaf xüsusi ilə sevindirici haldır. Gürcüstanın baş naziri də həyata keçirilən qlobal layihələrin əhəmiyyətini xüsusi vurğulayıb.

Qonaq Azərbaycanın ilk respublika elan olunmasının 100 illiyini də təbrik edib. və bildirib ki, bu, həm Gürcüstan, həm də Azərbaycan Respublikası üçün çox mühüm tarixdir. Sonra Azərbaycan Prezidenti İlham Əliyevin adından Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilinin şərəfinə rəsmi nahar verildi.

VİDEO