Azərbaycan və Türkiyənin həyata keçirdiyi birgə layihələrin hər biri tarixi hadisələrdir və bu layihələrdən iki ölkə ilə yanaşı bir çox dövlətlər də faydalanır. Prezident İlham Əliyev Türkiyənin baş naziri Binəli Yıldırımla görüşündə belə deyib. Görüş zamanı iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb.

Prezident İlham Əliyev Türkiyənin baş naziri Binəli Yıldırımı qəbul edib. Dövlət başçısı baş nazir Binəli Yildirimi qarşılayıb. Daha sonra birgə foto çəkdirilib

Görüş zamanı iki ölkə arasındakı münasibətlərin bütün sahələrdə uğurla davam etdiyi vurğulanıb. Prezident İlham Əliyev qeyd edib ki, həm siyasi, həm də iqtisadi sahədə iki ölkə arasında tarixən qardaşlıq münasibətləri mövcud olub. Münasibətlərin bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə edilib.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan və Türkiyənin birgə iradəsi sayəsində tarixi uğurlara imza atılıb və meqalayihələr icra edilib

Türkiyənin baş naziri Binəli Yıldırım da iki ölkənin həyata keçirdiyi layihələrin tərəflərlə yanaşı bir sıra ölkələr üçün səmərəli olduğunu qeyd edib. Onun sözlərinə görə bu layihələr dövlət başçılarının uzaqgörənliyi sayəsində baş tutub.

Görüşdən sonra prezident İlham əliyev və baş nazir Binəli Yildirim birgə nahar ediblər.

VİDEO