“Builki Prezident seçkiləri ilə əlaqədar 17 beynəlxalq təşkilatdan 115 müşahidəçi MSK-da qeydiyyatdan keçib”.

Leqal.info-nun “Report”a istinadən məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Komissiyanın bugünkü iclasında deyib.

O bildirib ki, seçkiləri izləyənlər arasında 36 ölkənin təmsilçiləri olacaq: “MSK-da qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı 615, dairələrdə isə bu rəqəm 42 minə yaxındır”.