Novruz Məmmədov parlamentdə 10 dəqiqəlik çıxışında mühüm mesajlar verib

Azərbaycanın yeni baş naziri Novruz Məmmədov Milli Məclisdə namizədliyinin təsqidiqindən sonra etdiyi çıxışında bir sıra mühüm mesajlar verib.

Baş nazir bacib və ehtiyac olan sahələrdə islahatların aparılacağını bəyan edib.

“Bu günə qədər danışmağı sevirdim. Görünür, artıq bundan sonra başqa bir sahəyə keçmək lazımdır, daha çox işləmək lazımdır.

Mənə göstərilən bu etimad Azərbaycan Prezidenti tərəfindən üzərimə çox böyük məsuliyyət, qarşıma çox böyük vəzifə qoyur.

Mən bu etimada görə cənab Prezidentə dərin təşəkkürümü bildirirəm. Mürəkkəb geosiyasi məkanda yerləşməsinə baxmayaraq, Azərbaycan bu gün dünya miqyasında özünün yeri, mövqeyi olan bir ölkədir.

Bəlkə də tarixdə dünyada gedən proseslərdə bu günkü qədər gərginlik olmayıb.

Belə bir vəziyyətdə mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycanda sabitliyin, təhlükəsizliyin, dinamik inkişafın davamı bizim hər birimizin qarşısına çox böyük vəzifələr qoyur.

Mən çalışacam ki, üzərimə qoyulan bu vəzifənin icrası üçün Azərbaycanın dövlət strukturları ilə sıx əməkdaşlıq şəraitində əlimdən gələni edim.

Vacib və ehtiyac olan sahələrdə birgə islahatlar aparacağıq. İndi Azərbaycan ölkə başçısının apardığı uğurlu siyasət nəticəsində özünün ən yaxşı dövrünü yaşayır.

Ölkəmiz beynəlxalq əməkdaşlığa böyük töhfələr verib. İqtisadi sahədə indiyədək əldə etdiyimiz uğurları daha da konkretləşdirmək lazımdır. Qarşımda duran əsas vəzifə budur.

Biz birlikdə bu dövlətə daha inamla xidmət etməyə davam edəcəyik. Ümummilli lider Heydər Əliyevin yoluna daha inamla bağlı olaraq bu yolu davam etdirəcəyik.

Son illər Azərbaycan xarici və daxili siyasət sahəsində böyük uğurlar əldə edib. Çox xoşbəxtəm ki, eyni dövrə mən də şahid oluram". (REAL TV)

VİDEO