Bu gün prezident İlham Əliyev Xaçmaz və Xızı rayonlarında səfərdə olub. Dövlət başçısının hər iki rayona səfəri bir sıra sosial və iqtisadi təyinatlı obyektlərin açılşı ilə müşahidə olunub.

Prezidenti İlham Əliyevin səfərİ ümummilli lideri Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarətlə başlayıb. dövlət başçısna rayonda həyata keçirilən layihələr və qarşıda duran vəzifələr barədə məlumat verilib.

Səfəri çərçivəsində prezident Çarxı-Qalağan-Hacılar-Xanlıqoba-Sayad-Məmmədxanlı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışını edib.Ümumi uzunluğu 29 kilometr olan bu yol 8 min nəfər əhalinin yaşadığı 8 məntəqəni birləşdirir. Dördüncü texniki dərəcəli bu yolun hərəkət hissəsinin eni 6 metr, 2 hərəkət zolağının hər birinin eni 3 metrdir.

Sonra dövlət başçısı "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialının açılışında iştirak edib. Ümumi sahəsi 1252 kvadratmetr olan filialın binası 0,37 hektar torpaq sahəsində yerləşir. Burada 150 nəfər toxucu, 12 nəfər inzibati-təsərrüfat işçisi fəaliyyət göstərəcək. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və sair bölmələrdən ibarətdir. burada işləyənlər Toxucular Xaçmaz rayonunun ayrı-ayrı kəndlərinin sakinləridir. Onlar bir neçə ay ərzində "Azərxalça"nın hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Burada kollektivlə görüşən prezident ilham əliyev xalçaçılığın qədim ənənənəlrin yaşadılması baxımından əhəmiyyətli olduğunu vurğulayıb və əlavə edib ki bu sahənin inkişafı yeni iş yerlərinin açılması xüsusi ilə qadınların işlə təmin olunması baxımından da mühümdür.

Səfər çərçivəsində prezident İlham Əliyev Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində və "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz idarəsinin inzibati binasının açılışında iştirak edib. Layihə 2030-cu ilə prespektiv inkişaf nəzərə alınmaqla 47 min əhalinin icməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Sonra prezident Xaçmaz-Xudat avtomobil yolunun 24 kilometrlik hissəsinin yenidənqurma və bərpadan sonra açılışında iştirak edib. 54 min əhlisi olan 59 yaşayış məntəqəsinin birləşdirən yol istər sərnişin, istərsə də yük daşımada vətəndaşların rahatlığını təmin edəcək.

Daha sonra prezident İlham Əliyev Xızı rayonunda olub. Dövlət başçısı Xızı şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Prezident "Xızı şəhərində və Altıağac qəsəbəsində içməli su təchizatı sistemlərinin yenidən qurulması və kanalizasiya şəbəkəsinin yaradılması" layihəsinin yekunlaşması ilə bağlı keçirilən mərasimdə iştirak edib. Layihə 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Xızı şəhərində 3300, Altıağac qəsəbəsində isə 1500 nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Rayonun 3 kəndi də daxil olmaqla layihədən cəmi 6min 3 yüz nəfər faydalanacaq. Layihə çərçivəsində Xızı Sukanal İdarəsi üçün müasir tipli inzibati bina da inşa olunub.

Prezident İlham Əliyev Xızı rayonuna səfəri çərçivəsində başlanğıcını Giləzi-Xızı yolunun 34-cü kilometrliyindən götürən və əsaslı şəkildə yenidən qurulan Fındığan kəndinədək olan yolun açılışını edib.

600 nəfər əhalinin yaşadığı Fındığan kəndini gedən yolun uzunluğu 5 kilometrdir. Bu yolun istifadəyə verilməsi Fındığan kənd sakinlərinin Giləzi-Xızı avtomobil yoluna və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomagistralına çıxışını təmin edir.

VİDEO